Kəskin istilər, kəsilən su – Sarayın həll edilməyən problemi
04-avqust-2025
Admin
Yazı Ölçüsü:
Saray qəsəbəsində bir neçə gündür ki, su kəsilib.
"PostMedia" xəbər verir ki, bu barədə Sumqayit24.az-a qəsəbə sakini Ülviyyə Məmmədova məlumat verib. Onun sözlərinə görə, Qasim bəy Zakir və Sevil Qazıyeva küçələrinə yeddi gündür su gəlmir. Bu hal burada tez-tez yaşanır. İşin digər problemli tərəfi isə suyun verilişi bərpa olunanda təzyiqin aşağı olmasıdır.
“Bundan əlavə, isti hava şəraitini də nəzərə alsaq, fasiləsiz şəkildə suyun kəsilməsi də düzgün deyil. Qaynar xətlə əlaqə saxlanılmasına baxmayaraq, heç kəs bu problemi həll etmək istəmir.
Deyirlər ki, təzyiq aşağı olduğu üçün suyun gəlməsində problem yaranır”,- deyə şikayətçi qeyd edib.
Sakinlər aidiyyəti qurumlardan məsələ ilə bağlı tez bir zamanda tədbir görülməsini tələb edirlər.