6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Avqustun ilk gününə olan hava proqnozu açıqlanıb

31-iyul-2025, 14:27
Avqustun ilk gününə olan hava proqnozu açıqlanıb
Yazı Ölçüsü:
Avqustun 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Bu barədə "PostMedia"ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Havanın temperaturu gecə 23-27, gündüz 34-38 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-50 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, gecə və səhər arabir duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-27, gündüz 35-39, bəzi yerlərdə 41 dərəcəyədək isti, dağlarda gecə 15-20, gündüz 28-33 dərəcə isti olacaq.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031