N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Tahir Kərimli AHİK-lə bağlı məsələyə aydınlıq gətirdi: “70 illik ömrümdə göndərişlərdən cəmi dörd dəfə faydalanmışam”

23-iyul-2025
Admin
Tahir Kərimli AHİK-lə bağlı məsələyə aydınlıq gətirdi: “70 illik ömrümdə göndərişlərdən cəmi dörd dəfə faydalanmışam”
Yazı Ölçüsü:

“Milli Məclisin üzvlərinin və əməkdaşlarının daxil olduğu həmkarlar ittifaqının üzvü olmuşam, indi də üzvüyəm. Bütün deputatlar pensiyaya çıxandan sonra həmkarlar ittifaqının üzvü olurlar. Milli Məclisdə 500-dən yuxarı əməkdaş çalışır. Deputatlar da onlarla birgə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK-red) üzvlük haqqı ödəyirlər”.
PostMedia” xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında sabiq deputat Tahir Kərimli bildirib.
T.Kərimlinin sözlərinə görə, üzvlük haqqı ödəyən hər kəs həmkarlar ittifaqına müraciət edə, faydalana bilər: “Heç kimə dəxli yoxdur ki, biz hər il göndəriş almışıq, ya almamışıq. Bütün həyatım boyu - 70 illik ömrümdə göndərişlərdən cəmi dörd dəfə faydalanmışam. Hərşeyşünaslar başları çıxdı-çıxmadı, hər şeydən danışırlar, populist fikirlər irəli sürürlər. Belə insanlara cavab verməyə dəyməz. Mənim müraciətim əsasında hər hansı qanunsuzluq halı bəlli deyil. Belə hal varsa, deyin”, - o bildirib.

Kateqoriyalar