6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Nazirlik: "Rusdilli məktəblərin bağlanması ilə bağlı yayılan məlumat səhvdir"

02-iyul-2025, 13:35
Nazirlik: "Rusdilli məktəblərin bağlanması ilə bağlı yayılan məlumat səhvdir"
Yazı Ölçüsü:

Elm və Təhsil Nazirliyi sosial şəbəkələrdə rus dilində tədrislə bağlı məlumatlara münasibət bildirib.

Nazirlikdən bildirilib ki, bu cür xəbərləri yayarkən dövlətin təhsil siyasətinə dair qərarlarla bağlı yalnız rəsmi mənbələrə istinad etmək lazımdır.

Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi media orqanlarında orta və ali təhsil müəssisələrində rus dilində tədrisin dayandırılmasına dair “rəsmi bildiriş” yayımlanır. Elm və Təhsil Nazirliyi isə məsələ ilə bağlı hər hansı rəsmi açıqlama ilə çıxış etməyib.

@APA

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031