Bu gün saat 10:00-dan 12:00-dək Lənkəranın şəhər ərazisində Raypo, Su 8 adlanan yaşayış məntəqələri, rayonun Girdəni kəndi, saat 14:00-dan 16:00-dək Gərmətük, Aşağı Nüvədi qəsəbələri, Viyən kəndi, saat 10:00-dan saat 15:00-dək Lerikin Babagil, Noda, Nüvədi, Vizəzəmin kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
”PostMedia” bu barədə “Azərişıq” ASC-yə istinadən xəbər verir.
Məlumata görə, fasilə Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) bir sıra ərazilərini əhatə edən 10 kV-luq hava xətlərində aparılacaq təmir işləri ilə əlaqədardır.
Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
