“Azərbaycanda gömrük orqanlarının xətti ilə toplanan vəsait adambaşına 660 dollar olması hökuməti ciddi narahat etməlidir.
"PostMedia" xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar icasında deyib.
Onun sözlərinə görə, ABŞ-də gömrük orqanlarının xətti ilə toplanan vəsait adambaşına 300 dollardır, Azərbaycanda isə bu göstərici 660 dollardır.
Bu da hökuməti ciddi düşündürməli və narahat etməlidir ki, ölkəndə idxalın həcmi niyə bu qədər böyükdür.
Biz niyə istehsalla özümüz məşğul ola bilmirik.
Sahibkarlar niyə investisiya yatırmırlar və yaxud xarici investorlar Azərbayacana bizim gözlədiyimiz səviyyədə sərmayə yatırmırlar?
Bunun səbələrindən biri də odur ki, iqtisadi cinayətlərlə bağlı bütün işlərin araşdırılması Dövlət Vergi Xidmətinə tapşırılmalıdır.
Digər dövlət orqanları da iqtisadi fəaliyyələ bağlı cinayət faktı aşkarlayarsa da, dərhal materiallar DVX-ya göndərilməlidir.
Hesab edirəm ki, sahibkarlara azad nəfəs almaq imkanı yaradılmalıdır. Və qanunun aliliyi təmin edilməli və mülkiyyəri qoruyan güclü məhkəmələr olmalıdır”.