6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

İyunun ilk yarısında 6 gün qeyri-iş günü olacaq

12-may-2025, 12:36
İyunun ilk yarısında 6 gün qeyri-iş günü olacaq
Yazı Ölçüsü:

İyun ayında Qurban bayramı, Milli Qurtuluş Günü və Silahlı Qüvvələr Günü münasibətilə 6 gün iş olmayacaq.

"PostMedia" xəbər verir ki, Əmək Məcəlləsi və Nazirlər Kabinetinin qərarlarına görə, iyunun 7-si şənbə gününə təsadüf etdiyi üçün beşgünlük iş həftəsində iyunun 9-u qeyri-iş günü sayılacaq.

Bu səbəbdən, Qurban bayramı ilə əlaqədar olaraq 6, 7, 8 9 iyun tarixlərində iş olmayacaq. 15 iyun Milli Qurtuluş Günü bazar gününə təsadüf etdiyi üçün beşgünlük iş həftəsində 16 iyun da iş günü olmayacaq. İyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü olduğu üçün qeyri-iş günüdür. Həftəsonları da daxil olmaqla, iyun ayında ümumilikdə 13 gün qeyri-iş günü olacaq.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031