6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Düzgün meyvə və tərəvəzi necə seçək?

14-iyul-2026, 11:39
Düzgün meyvə və tərəvəzi necə seçək?
Yazı Ölçüsü:

Yay mövsümündə təbii yetişmiş meyvə, giləmeyvə və tərəvəzlər vitamin, mineral və antioksidantlarla daha zəngin olur. Mütəxəssislər sağlam qidalanma və mövsümi bağırsaq infeksiyalarından qorunmaq üçün məhsul seçərkən bir sıra qaydalara əməl etməyi tövsiyə edirlər.

Tövsiyələrə görə, meyvə və tərəvəz yalnız etibarlı satış məntəqələrindən alınmalı, məhsulun görünüşünə, rənginə və qoxusuna diqqət yetirilməlidir. Məhsullar bütöv, zədəsiz, çürümə əlamətləri olmadan və təbii qoxuya malik olmalıdır.

Həmçinin istifadə etməzdən əvvəl meyvə və tərəvəzlər axar su altında yaxşı yuyulmalı, düzgün temperaturda saxlanılmalı və şəxsi gigiyena qaydalarına riayət edilməlidir. Mütəxəssislər çürümüş və ya istifadəyə yararsız məhsulların satışının qadağan olunduğunu da xatırladıblar.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031