6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Türkiyə və Gürcüstan vətəndaşları Avropa İttifaqı ölkələrindən deportasiya sayına görə liderdir

14-may-2026
Türkiyə və Gürcüstan vətəndaşları Avropa İttifaqı ölkələrindən deportasiya sayına görə liderdir
Yazı Ölçüsü:

2025-ci ildə Avropa İttifaqından (Aİ) deportasiya olunanların sayı üzrə Gürcüstan vətəndaşları yalnız Türkiyə vətəndaşlarından geri qalaraq ikinci yeri tutublar.

"PostMedia" xəbər verir ki, bu barədə Aİ-nin hesabatında qeyd edilir.

Statistikaya əsasən, Aİ-dən 13 min 405 Türkiyə vətəndaşı deportasiya olunub. Onlardan sonra 10 min 475 nəfərlə Gürcüstan vətəndaşları gəlir. Üçüncü yerdə suriyalılar (8370 nəfər), daha sonra albanlar (8020 nəfər) və Rusiya vətəndaşları (5727 nəfər) qərarlaşıb.

2025-ci ilin məlumatlarına görə, Gürcüstanın 16 min 230 vətəndaşının Aİ ərazisində qeyri-qanuni yaşadığı müəyyən edilib. Avropa Komissiyasının statistika idarəsi olan Eurostat-ın açıqladığı rəqəmlər göstərir ki, ümumilikdə Aİ üzvü olmayan ölkələrin 491 min 950 vətəndaşına Avropa İttifaqını tərk etmək əmri verilib ki, bu da 2024-cü illə müqayisədə 5,8% çoxdur.

Onlardan 135 min 460 nəfər Avropa İttifaqını tərk edib. Gürcüstan vətəndaşlarını ən çox deportasiya edən ölkə Almaniya olub — 2025-ci ildə 2805 nəfər geri göndərilib. Almaniyada həmçinin qanunsuz yaşayan Gürcüstan vətəndaşlarının ən böyük hissəsi qeydə alınıb — 6300 nəfər.

Deportasiya sayına görə ikinci yeri Polşa tutub. Bu ölkədən 1965 nəfər üçüncü ölkələrə geri qaytarılıb.

Məlumatlar göstərir ki, Avropa İttifaqını tərk etmək əmri alan gürcülərin sayı davamlı şəkildə artır və 2024-cü ildə bütün millətlər arasında rekord həddə çataraq 12 min 50 nəfər olub.

Statistikaya əsasən, 2025-ci ildə Aİ-yə girişinə icazə verilməyən millətlər arasında gürcülər yeddinci yerdə qərarlaşıb — ümumilikdə 4785 nəfər. Müqayisə üçün qeyd olunur ki, 2024-cü ildə 4825 nəfərin, 2023-cü ildə 4320 nəfərin, 2022-ci ildə isə 5640 nəfərin Aİ-yə girişinə icazə verilməyib.

Saytın qeyd etdiyi kimi, Avropa İttifaqının statistikası deportasiyaların səbəblərini birbaşa göstərmir.

Gürcü işçilər üçün Aİ-də populyar istiqamətlərdən biri olan Polşa 2025-ci ilin noyabrında gürcülər üçün sadələşdirilmiş işə qəbul prosedurlarını ləğv edən qaydalar yayımlayıb.

2024-cü ildə gürcülər Polşadan deportasiya olunan bütün əcnəbilərin üçdə birini təşkil edib — 2500 nəfər. Polşa polisinin məlumatına görə, Gürcüstan vətəndaşları digər əcnəbilərlə müqayisədə adambaşına düşən cinayət sayına görə ən yüksək göstəriciyə sahib olublar. Polis bildirir ki, gürcülər arasında cinayətkarlıq səviyyəsi 2020-ci ildən bəri iki dəfə artıb.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031