6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Azərbaycan alimləri II Dünya müharibəsi dövrü ilə bağlı beynəlxalq konfransda iştirak edib

18-aprel-2026, 00:49
Azərbaycan alimləri II Dünya müharibəsi dövrü ilə bağlı beynəlxalq konfransda iştirak edib
Yazı Ölçüsü:

Bu gün Rusiyada II Dünya müharibəsi dövründə evakuasiya mövzusuna həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib.

"PostMedia" xəbər verir ki, tədbirdə Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdən alimlər iştirak ediblər.

Konfransda çıxış edən Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskiy bildirib ki, Sovet İttifaqında müharibə illərində həyata keçirilən genişmiqyaslı evakuasiya dünya tarixində analoqu olmayan hadisədir.

Onun sözlərinə görə, bu proses sayəsində sənaye və insan resursları qorunub saxlanılıb.

Tədbir çərçivəsində tarixçilər və tədqiqatçılar müharibə dövründə əhalinin və sənaye obyektlərinin köçürülməsi, sosial uyğunlaşma və tarixi yaddaşın qorunması məsələlərini müzakirə ediblər.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031