6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

İcra başçısı özünə köməkçi axtarır: Vakansiya elan etdi

27-mart-2026
İcra başçısı özünə köməkçi axtarır: Vakansiya elan etdi
Yazı Ölçüsü:
Ağcabədi Rayon İcra Hakimiyyəti vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 1 vakant yer müsahibəyə çıxarıb.
"PostMedia" xəbər verir ki, vakansiya Rayon İcra Hakimiyyəti başçısının aparatına rəhbərlik, eyni zamanda başçının köməkçisi vəzifəsi üçün elan edilib.
Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2017-ci il tarixli 1480 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi QAYDASI”nın 1.2-ci bəndinə əsasən müsahibə zamanı namizədin müsahibə proqramı üzrə bilik səviyyəsi və peşə hazırlığının yoxlanılması ilə yanaşı ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu qiymətləndirilir.
Müsahibə proqramı Ümumi proqram, Dövlət orqanı üzrə proqram və Vəzifə üzrə proqram olmaqla 3 hissədən ibarətdir.
Müvafiq vəzifəyə iddia edən namizəd hər 3 proqram üzrə hazırlıqlı olmalıdır./Tiraj.az
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031