İraq Daxili İşlər Nazirliyi çərşənbə günü zərbə yerlərindən şəkillərin və videoların yayılmasını qadağan edib.
"PostMedia" xəbər verir rki, nazirlik media və ictimaiyyəti bölgədə gərginliyin artması fonunda gizli materialların yayılmasının yolverilməz olduğu barədə xəbərdar edib.
Nazirlik bildirib ki, belə videoların yayılması vacib obyektlərin yerləşməsini açıqlaya və düşmən tərəflər tərəfindən istifadə oluna bilər. Vətəndaşlar hədəf bölgələrə yaxınlaşmaqdan çəkinməyə çağırılıb.
Eyni zamanda, media qurumlarına məlumatların dəqiq təqdim olunması, lakin konkret koordinatlar və operativ detalların verilməməsi tövsiyə olunub.
Nazirlik xəbərdarlıq edib ki, qayda pozuntuları kibercinayətkarlıqla mübarizə idarəsi və məhkəmə orqanları ilə birlikdə hüquqi tədbirlər görmək üzrə məsuliyyət daşıyacaq.
Qeyd edək ki, fevralın 28-dən başlayaraq ABŞ və İsrailin İrana qarşı zərbələrinə baxmayaraq, İraq da hərbi əməliyyatların səhnəsinə çevrilib.
