6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

"Barselona"nın 2 futbolçusu zədələnib

04-mart-2026, 20:11
"Barselona"nın 2 futbolçusu zədələnib
Yazı Ölçüsü:

İspaniya çempionu “Barselona”nın müdafiəçiləri Alejandro Balde və Jules Kounde zədə səbəbindən təxminən bir ay yaşıl meydanlardan uzaq qalacaqlar.

"PostMedia" xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

Futbolçular zədələri Madridin "Atletiko Madrid" klubuna qarşı İspaniya Kubokunun yarımfinal mərhələsinin cavab oyununda alıblar. Hər iki oyunçuda bud əzələsində zədələnmə aşkarlanıb.

Qeyd edək ki, “Barselona” cavab görüşündə “Atletiko”nu 3:0 hesabı ilə məğlub etsə də, ilk oyunda 0:4 hesablı məğlubiyyət səbəbindən turnirlə vidalaşıb.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031