6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Gürcüstan Azərbaycan vətəndaşlarını deportasiyasiya edib

17-fevral-2026, 18:39
Gürcüstan Azərbaycan vətəndaşlarını deportasiyasiya edib
Yazı Ölçüsü:

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti son günlərdə 57 əcnəbini, o cümlədən Azərbaycan vətəndaşlarını ölkədən çıxarıb. Onlara Gürcüstana giriş qadağan olunub.

"PostMedia" xəbər verir ki, deportasiya edilənlər arasında Azərbaycandan başqa Rusiya, Ermənistan, Belarus, Böyük Britaniya, Misir, Hindistan, İran, İraq, Qazaxıstan, Qırğızıstan, Çin, Kuba, Moldova, Sudan, Nigeriya, Türkmənistan, Türkiyə və Özbəkistan vətəndaşları da var.
Gürcüstanda son dövrlərdə qeyri-qanuni miqrantlarla mübarizə gücləndirilib, parlament miqrasiya qanunvericiliyini sərtləşdirib və deportasiya prosedurlarını asanlaşdırıb. Hər ay Daxili İşlər Nazirliyi onlarla əcnəbi vətəndaşın ölkədən çıxarıldığını açıqlayır.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031