N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

BMT-nin baş katibi təşkilatın “maliyyə çöküşü” riski barədə xəbərdarlıq edib

30-yanvar-2026
Türkan Nəbi
BMT-nin baş katibi təşkilatın “maliyyə çöküşü” riski barədə xəbərdarlıq edib
Yazı Ölçüsü:

BMT-nin baş katibi Antonio Quterreş ödənişlərin gecikdirilməsi və büdcə məhdudiyyətləri səbəbindən təşkilatın “qaçılmaz maliyyə çöküşü” həddinə çatdığını bəyan edib.

"PostMedia" xəbər bverir ki, bu barədə "Reuters" Quterreşin" BMT-yə üzv dövlətlərin nümayəndələrinə ünvanladığı məktuba istinadla xəbər verir.

Baş katib qeyd edib ki, “böhran dərinləşir” və mövcud vəziyyət təşkilatın proqramlarının icrasını təhlükə altına alır. Quterreş vurğulayıb ki, iyul ayına qədər BMT-nin maliyyə vəsaitləri tükənə bilər. O, üzv dövlətləri ya üzvlük haqlarını vaxtında və tam ödəməyə, ya da maliyyə qaydalarını yenidən nəzərdən keçirməyə çağırıb (RBK).

Vəziyyət BMT-nin ən böyük donoru olan ABŞ-nin müntəzəm və sülhməramlı büdcələrə ayırdığı vəsaitləri kəskin azaltmasından sonra daha da pisləşib. Dekabr ayına olan məlumata görə, üzv dövlətlərin BMT-yə olan borcu təxminən 1,6 milyard dollar təşkil edib. İlin sonuna beş həftə qalmış 48 ölkə, o cümlədən ABŞ və Rusiya üzvlük haqlarını tam ödəməyib. Çin isə üzvlük haqqını tam ödəyib. Daha sonra BMT Rusiyanın 71 milyon dollar köçürdüyünü və bununla da “müntəzəm büdcə üzrə öhdəliyini tam yerinə yetirdiyini” açıqlayıb.

Bununla yanaşı, Moskva 2024-cü il üçün BMT-nin Avropa İqtisadi Komissiyasına ödəniş etməyib; bu, 2022 və 2023-cü illərdə də verilmiş oxşar qərarların davamıdır. Rusiya XİN bunu təşkilat daxilində konstruktiv dialoqun bərpası zərurəti ilə izah edib.

Öz növbəsində, ABŞ BMT-nin sülhməramlı missiyalarının maliyyələşdirilməsini “səmərəsiz” hesab edərək azaldıb, bəzi ödənişləri təxirə salıb və bir sıra proqramların maliyyələşdirilməsini dayandırıb. Eyni zamanda, ABŞ BMT qurumları da daxil olmaqla onlarla beynəlxalq təşkilatdan çıxıb.

Maliyyələşmənin azalmasına cavab olaraq, BMT büdcəni 500 milyon dollar (təxminən 15%) azaltmağıişçi heyətini təxminən 19% ixtisar etməyi planlaşdırır (2025-ci illə müqayisədə).

Kateqoriyalar