N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

ABŞ-nin iri şirkətləri 52 mindən çox işçinin ixtisar ediləcəyini açıqlayıb

30-yanvar-2026
Türkan Nəbi
ABŞ-nin iri şirkətləri 52 mindən çox işçinin ixtisar ediləcəyini açıqlayıb
Yazı Ölçüsü:

ABŞ-nin aparıcı korporasiyaları – o cümlədən "Amazon", UPS, "Dow", "Nike" və 2Home Depot" iqtisadi qeyri-müəyyənlik və süni intellektə aktiv investisiyalar fonunda 52 mindən çox işçinin ixtisarı ilə bağlı planlarını elan ediblər.

"PostMedia" xəbər verir ki, bu barədə "Financial Times" yazır.

Ən böyük ixtisar barədə UPS logistika şirkəti məlumat verib. Şirkət 2026-cı ildə təxminən 30 min əməkdaşı ixtisar etməyi planlaşdırır. Maliyyə direktoru Brayan Dayksin sözlərinə görə, bu qərar "Amazon"un çatdırılma həcmlərinin azalmasıxərclərin optimallaşdırılması zərurəti ilə bağlıdır.

"Amazon2 isə idarəetmə proseslərini sadələşdirmək məqsədilə 16 min işçinin ixtisarını nəzərdə tutur. Kimya sənayesində fəaliyyət göstərən "Dow" şirkəti əməliyyat modelinin yenidən nəzərdən keçirilməsi çərçivəsində 4 500 nəfəri ixtisar edəcək.

Texnologiya şirkətləri də ixtisarlar açıqlayıb. "Meta" özünün "Reality Labs" bölməsində təxminən 1 500 əməkdaşı işdən çıxaracaq. "Autodesk" təqribən 1 000 nəfəri ixtisar etməyi planlaşdırır, "Pinterest" isə süni intellektin inkişafına yönəldiləcək vəsaitlər hesabına işçi qüvvəsini 15% azaltmaq niyyətindədir.

Eyni zamanda, ABŞ-də işsizlik səviyyəsi nisbətən aşağı olaraq qalır. Belə ki, 2025-ci ilin dekabr ayına olan məlumata görə, bu göstərici 4,4%-dir. ABŞ Federal Ehtiyat Sisteminin qiymətləndirməsinə əsasən, bu, əmək bazarında müəyyən sabitləşməyə işarə edir. Lakin yeni iş yerlərinin yaradılma tempi zəifləyir və iş axtarışı müddəti uzanır.

Ümumilikdə, ABŞ şirkətləri 2025-ci ildə təxminən 1,2 milyon işçini ixtisar edəcək ki, bu da ötən illə müqayisədə 58% çoxdur. Bu göstərici 2020-ci ildən bəri ən yüksək ixtisar səviyyəsi hesab olunur.

Kateqoriyalar