6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Azərbaycanın Ermənistana təhvil verdiyi Vaqif Xaçatryan əməliyyat olunur

22-yanvar-2026, 18:01
Azərbaycanın Ermənistana təhvil verdiyi Vaqif Xaçatryan əməliyyat olunur
Yazı Ölçüsü:
Azərbaycanın Ermənistana təhvil verdiyi terrorçu Vaqif Xaçatryanın hazırda əməliyyat olunur.
"PostMedia" xəbər verir ki, bu barədə onun yaxınları "NEWS.am"a məlumat verib.
"Ürək əməliyyatı günorta saatlarında başlayıb, lakin açıq ürək əməliyyatı olduğu üçün hələ başa çatmayıb", — deyə "Nork-Maraş" Tibb Mərkəzindən bildiriblər.
Hazırda Vaqif Xaçatryanın həyat yoldaşı, iki qızı və digər qohumları xəstəxanadadırlar. Onlar bu gün hər hansı bir bəyanat verməkdən və müsahibə almaqdan çəkinirlər. Xəstəxanadan əməliyyatın dəqiq nə vaxt bitəcəyi ilə bağlı konkret vaxt deyə bilməyiblər.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031