“Şəxsi məlumatlarım illərdir icazəsiz sorğulanır. “mygov”da bildiriş gəlir hər dəfə”.
“PostMedia” xəbər verir ki, bunu tanınmış müğənni, bəstəkar Nur Suri özünün sosial şəbəkə hesabında qeyd edib.
“Kapital Bank” ASC 2022-ci ildən bu günə qədər (2023, 2024, 2025 daxil olmaqla)
mənim FİN nömrəm üzrə sosial müdafiə, müavinət və iş yerim haqqında məlumatları mütəmadi şəkildə, aşağda qeyd olunan tarixəlrdı sorğulayıb.
2022 - 25 avqust, 25 dekabr
2023 - 26 fevral, 30 mart, 30 aprel və s.
2024 - 7 fevral, 18 may, 6 oktyabr, 18 noyabr, 31 dekabr
2025 - 31 yanvar, 4 mart, 4 aprel, 4 may, 10 may, 10 iyun, 24 iyun, 29 sentyabr, 29 dekabr və s.
Halbuki mənim “Kapital Bank”da heç vaxt hesabım olmayıb, kredit müraciəti etməmişəm və bankla heç bir müqavilə bağlamamışam.
Yəni mən bu məlumatların əldə edilməsinə razılıq verməmişəm. Bu sorğular hansı əsasla edilir - bilmək istəyirəm.
Artıq məsələ ilə bağlı rəsmi şəkildə müraciət etmək istəyirəm.
Bu statusu ona görə paylaşıram ki, hamı məlumatlı olsun e-social kabinetinizdə kimlərin sorğu etdiyini yoxlayasınız oxşar hal yaşayanlar və səbəbini bilənlər yazsınlar
Şəxsi məlumat toxunulmazdır bildiyim qədəri ilə”-deyə Nura Suri əlavə edib.
Müğənni həmçinin qeyd edib ki, onun heç vaxt “kapital Bank”da hesabı olmayıb.
“Mən heç vaxt kredit götürməmişəm, ümumiyyətlə kredit necə olur, nədir – bilmirəm. “Kapital Bank”da da heç vaxt hesabım olmayıb.
Vergi ödəyicisiyəm deyə Yanvara saxlamadım, dedim ilin sonudur - 2 gün əvvəl vergi və sosial ödənişimi etdim. Hesabatı Yanvarda yazıb göndərəcəm.
Bu gün isə “Kapital Bank” sosial müdafiə və təminat məlumatımı yenə sorğulayıb.
Mən heç bir banka müraciət etməmişəm, kredit istəməmişəm, hesab açdırmamışam.
Bu sorğular hansı əsasla edilir – bunu bilmək istəyirəm”.
İddia ilə bağlı "PostMedia" adından "Kapital Bank" ASC-nin mətbuat xidmətinə sorğu verilib. Bankın hər-hansı mövqeyi olarsa dərc etməyə hazırıq.