6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

İranda valyutanın ucuzlaşması fonunda Tehranda etirazlar alovlanıb – Media

29-dekabr-2025
İranda valyutanın ucuzlaşması fonunda Tehranda etirazlar alovlanıb – Media
Yazı Ölçüsü:
İran milli valyutası olan rialın devalvasiyası fonunda Tehranda etiraz aksiyaları keçirilib.
"PostMedia" xəbər verir ki, bu barədə məlumatı "Fars" xəbər agentliyi yayıb.
Məlumatda deyilir ki, dolların məzənnəsinin 140 min tumanı (1 milyon 400 min rial) keçməsi, həmçinin iş adamlarına qarşı artan təzyiqlər Tehranın mərkəzində iki yerli etiraz aksiyasına səbəb olub.
Qeyd olunur ki, bu aksiyalar İrandakı etirazçı qrupların fəaliyyəti üçün yeni stimul ola bilər.
Agentliyin məlumatına görə, son iki gündə bir qrup tacir və iş adamı Tehranın "Çaharsu" ticarət mərkəzində və Lalezər küçəsində toplaşıb. Etirazların əsas mövzusu məzənnənin kəskin dalğalanması və bunun topdansatış və pərakəndə satış qiymətlərinə təsiri olub.
Həmçinin bildirilir ki, sayları təxminən 200 nəfər olan etirazçılar arasında 5-10 nəfərlik qruplar olub ki, onlar "iqtisadi tələblər çərçivəsindən kənara çıxan" şüarlar səsləndiriblər.
Bundan əlavə, "İran Xalq Mücahidləri Təşkilatı"nın lideri Məryəm Rəcavi (təşkilat ABŞ və İsrail ilə əlaqələri, habelə İranda bir sıra terror aktları törətməsi ilə tanınır) "etirazlar zənciri təşkil etməyə" çağırıb.
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031