6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Estoniya Rusiyaya nota verib

21-may-2026
Estoniya Rusiyaya nota verib
Yazı Ölçüsü:

Estoniya, Litva və Latviya əleyhinə davam edən dezinformasiya kampaniyası ilə bağlı Rusiya Federasiyasının müvəqqəti işlər vəkili nota təqdim etmək üçün Estoniyanın Xarici İşlər Nazirliyinə çağrılıb. 

"PostMedia" xəbər verir ki, bu barədə ölkənin xarici siyasət qurumunun açıqlamasında bildirilir.

Estoniya XİN-in bəyanatında qeyd olunur ki, ölkə “Estoniya və Baltikyanı digər ölkələrə qarşı Rusiya Federasiyasının davam edən dezinformasiya kampaniyasını qətiyyətlə pisləyir və Rusiya hakimiyyətindən yalanların, açıq təhdidlərin və təxribatların yayılmasının dərhal dayandırılmasını tələb edir”.

“Biz dəfələrlə vurğulamışıq ki, Estoniya öz ərazisinin və ya hava məkanının Rusiyadakı hədəflərə hücum üçün istifadə olunmasına icazə vermir”, - Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bildirib.

“Bunun əksini iddia edənlər Rusiya təbliğatının növbəti nümunəsidir və bu, həqiqətə uyğun deyil, onlar bunu bilirlər”, — o əlavə edib.

“Bir NATO üzvünə yönəlmiş təhdid bütün NATO-ya təhdiddir. Biz Brüsseldən də açıq və ardıcıl mesaj almışıq ki, müttəfiqlərimiz bizi dəstəkləyir”, — deyə Tsahkna bildirib.

“Estoniya, Litva və Latviya vurğulayır ki, bizim hava məkanında pilotsuz uçuş aparatlarının görünməsi Ukraynaya qarşı Rusiyanın qanunsuz müharibəsinin birbaşa nəticəsidir və Ukrayna özünü müdafiə etmək və onun hərbi maşınını təmin edən Rusiya hərbi obyektlərinə zərbə endirmək hüququna malikdir”, — Estoniya XİN-in açıqlamasında qeyd olunub.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031