6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

ABŞ Ermənistana Sülh Korpsunun Könüllülərini yerləşdirir

21-may-2026
ABŞ Ermənistana Sülh Korpsunun Könüllülərini yerləşdirir
Yazı Ölçüsü:

ABŞ Sülh Korpusu könüllülərinin Sünik vilayətinə göndərilməsi TRIPP layihəsi ilə birbaşa əlaqəli deyil, lakin bu, Amerika tərəfinin sülh prosesinə olan etimadını göstərir.

"PostMedia" xəbər verir ki, bunu “Armenpress”in Sünikdə könüllülərin yerləşdirilməsinin TRIPP layihəsi çərçivəsində görüləcək işlərlə bağlı olub-olmaması barədə sualını cavablandırarkən ABŞ-nn Ermənistandakı müvəqqəti işlər vəkili Devid Allen bildirib.

“Düşünürəm ki, könüllülərin yerləşdirilməsi birbaşa TRIPP layihəsi ilə bağlı deyil. Lakin ötən ilin 8 avqustunda Vaşinqtonda əldə olunan razılaşmalardan və çərçivə sazişinin formalaşmasından sonra Sünik vilayətində könüllülərimizi inamla yerləşdirmək üçün əlverişli şərait yarandı”, — amerikalı diplomat qeyd edib.

Allen bildirib ki, ABŞ tərəfi və Ermənistan hökuməti ötən həftə TRIPP-lə bağlı sazişlər ətrafında danışıqlar aparıldığını təsdiqləyib.

“Hazırda bununla bağlı yeni açıqlama verilmir, amma bu istiqamətdə işlər və irəliləyiş davam edir”, — Allen deyib.

ABŞ Sülh Korpusu könüllülərinin 6 illik fasilədən sonra Sünik vilayətinə xidmətə göndərilməsi barədə qərar korpusun 30 yeni könüllüsünün mayın 31-də Yerevanda keçirilən andiçmə mərasimində elan olunub.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031