Azərbaycan Gürcüstan üçün mühüm strateji tərəfdaşdır.
"PostMedia" "Грузия Online"nəşrinə istinadən xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bildirib.
Onun sözlərinə görə, bu münasibətlər regionun “Orta Dəhliz” kimi inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu barədə məlumat yayıb.
Nazir qeyd edib ki, bu kontekstdə bu gün həqiqətən vacib sazişlər imzalanıb.
Boçorişvilinin sözlərinə görə, Gürcüstan üçün tranzit potensialından tam istifadə etmək vacibdir.
“Tranzit potensialı ilə bağlı məsələlərlə yanaşı, iki ölkə arasında sərnişin qatarlarının hərəkətinin bərpası ilə bağlı Azərbaycan tərəfinin qərarı da vacib idi. Bu, həm vətəndaşlarımız, həm də Azərbaycan üçün önəmlidir. Həmin qərar xalqlar arasında münasibətlərin inkişafına ciddi töhfə verəcək.
Gürcüstanın tranzit potensialı yalnız region ölkələri üçün deyil, digər dövlətlər üçün də maraqlıdır. Afrika qitəsində mövcud potensial da artır və bizim də bundan düzgün istifadə etməyimiz vacibdir. Bu baxımdan, əlbəttə ki, Keniya prezidenti ilə görüş yaxşı imkan idi”, — deyə Boçorişvili bildirib.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
