6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Ərdoğan və Makron raket əleyhinə müdafiə sahəsində böyük müqavilə üzrə danışıqlar aparır

18-may-2026
Ərdoğan və Makron raket əleyhinə müdafiə sahəsində böyük müqavilə üzrə danışıqlar aparır
Yazı Ölçüsü:

Türkiyə və Fransa prezidentləri Rəcəb Tayyib Ərdoğan və Emmanuel Makron hava hücumundan müdafiə sahəsində böyük bir saziş üzrə danışıqlar aparırlar.

"PostMedia" "Intelligence Online"a istinadən xəbər verir ki, bu razılaşma Türkiyənin Fransız-İtalyan SAMP/T Mamba HHM sistemini alması və onun birgə istehsalı üçün yol aça bilər.

Kəşfiyyat və müdafiə mövzularında ixtisaslaşmış Paris nəşrinin məlumatına görə, mümkün razılaşma iyul ayında Ankarada keçiriləcək NATO sammitinin gündəliyinə daxil edilə bilər.

Məqalədə qeyd olunur ki, Türkiyə ərazisində SAMP/T zenit-raket sisteminin birgə istehsalı planları illərlə davam edən gecikmələrdən sonra “real görünməyə başlayıb”. Bu gecikmələr Ankaranın Avropa hava hücumundan müdafiə sistemini əldə etmək cəhdləri ilə bağlı olub.

Eurosam konsorsiumu tərəfindən MBDA France, MBDA Italy və Thales şirkətlərinin birgə iştirakı ilə hazırlanan SAMP/T sistemi təyyarələrdən, qanadlı və ballistik raketlərdən qoşunları və strateji obyektləri qorumaq üçün nəzərdə tutulub.

Bu sistem uzun müddətdir ABŞ və NATO tərəfdaşları ilə yaranan böhrandan sonra Türkiyə üçün mümkün Avropa alternativi kimi qiymətləndirilir. Böhran 2017-ci ildə Ankaranın Rusiyadan "S-400 zenit-raket sistemləri alması ilə başlamışdı.

Vaşinqton bu səbəbdən Türkiyəni "F-35" qırıcı proqramından çıxarmışdı və Rusiya sisteminin NATO texnologiyalarını təhlükəyə ata biləcəyini bildirmişdi. Ankara isə alternativ sistemləri müttəfiqlərdən məqbul şərtlərlə ala bilmədiyini əsas gətirmişdi.

2017-ci ildə Türkiyə, Fransa və İtaliya SAMP/T layihəsi daxil olmaqla hava hücumundan müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi barədə anlaşma memorandumu imzalamışdı. Lakin sonradan Suriya, Liviya, Şərqi Aralıq dənizi və Türkiyənin Rusiya ilə əlaqələri səbəbindən Paris və Ankara arasında siyasi gərginliklər bu prosesi dondurmuşdu.

Bu xəbər Türkiyənin “Polad Qübbə” adlı çoxqatlı hava hücumundan müdafiə sistemi yaratmaq cəhdləri fonunda yayılıb. Sistem milli istehsal və mümkün xarici platformaları birləşdirməyi hədəfləyir.

Daha əvvəl Bloomberg Türkiyənin İtaliya ilə SAMP/T-nin alınması və birgə istehsalı üzrə danışıqlar apardığını bildirmişdi. Intelligence Online isə Fransanın yenidən layihədə mərkəzi rol oynadığını qeyd edir.

Danışıqlar Avropada silah çatışmazlığı, Ukraynadakı müharibə, Yaxın Şərqdəki qeyri-sabitlik və ABŞ-ın Avropa təhlükəsizliyindəki gələcək roluna dair qeyri-müəyyənlik fonunda davam edir.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031