6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

İran Hörmüz boğazı üzərində nəzarət sistemi yaradıb və "X" sosial şəbəkəsində rəsmi səhifə açıb

18-may-2026
İran Hörmüz boğazı üzərində nəzarət sistemi yaradıb və "X" sosial şəbəkəsində rəsmi səhifə açıb
Yazı Ölçüsü:

Hörmüz boğazına nəzarət edən İran qurumu beynəlxalq əhəmiyyətli bu dəniz keçidi ilə tranziti sadələşdirmək məqsədilə "X" sosial şəbəkəsində rəsmi səhifə açıb.

"PostMedia" "Press TV"yə istinadən xəbər verir ki, Fars körfəzi və Hörmüz boğazı administrasiyası (PGSA) bazar ertəsi yayımladığı ilk paylaşımında bildirib ki, bu səhifə “Hörmüz boğazında əməliyyatlarla bağlı operativ yeniliklər və son hadisələr” barədə məlumatların paylaşılması üçün istifadə olunacaq.

“Fars körfəzi və Hörmüz boğazı administrasiyasının (PGSA) rəsmi səhifəsi artıq aktivdir”.

Daha əvvəl "Press TV" İranın Hörmüz boğazından keçən gəmilər üçün yeni dəniz mexanizmi işə saldığını bildirmişdi.

Bu mexanizmə görə, boğazdan keçməyi planlaşdıran bütün gəmilər PGSA-dan keçid qaydaları və tənzimləmələr barədə elektron məktublar alacaqlar.

PGSA ABŞ-İsrail hücumlarına cavab olaraq İranın Hörmüz boğazı üzərində tam nəzarət yaratdığını elan etdikdən sonra yaradılıb.

Keçən ay İran parlamentinə təqdim olunan qanun layihəsinə əsasən, ABŞ-yə və digər “düşmənlərə” məxsus və ya onlarla əlaqəli gəmilərə məhdudiyyətlər qoyulması, həmçinin İsraillə əlaqəli gəmilərin keçidinin tam qadağan edilməsi nəzərdə tutulur.

Sənəd həmçinin boğazdan keçid üçün ödəniş sistemi tətbiq etməyi də nəzərdə tutur. Bu vəsaitlərin münaqişədən əvvəl və sonra İrana vurulan ziyanın kompensasiyasına, eləcə də dəniz təhlükəsizliyi və ətraf mühitin qorunmasına yönəldilməsi planlaşdırılır.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031