6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Azərbaycan vətəndaşlarının dəmiryolu ilə Gürcüstana giriş-çıxışına icazə verilib - QƏRAR

20-may-2026
Azərbaycan vətəndaşlarının dəmiryolu ilə Gürcüstana giriş-çıxışına icazə verilib - QƏRAR
Yazı Ölçüsü:
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Dəmiryol nəqliyyatı vasitəsilə sərnişinlərin Azərbaycan Respublikasına giriş-çıxışı ilə bağlı bəzi məsələlər haqqında qərar imzalayıb.
"PostMedia" xəbər verir ki, qərarda deyilir.
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Müəyyən edilsin ki, 2026-cı il 25 may saat 00:00-dan dəmiryol nəqliyyatı vasitəsilə Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycana vizasız gəlmə hüququ olan bütün xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikası ilə Gürcüstan arasında giriş-çıxışına icazə verilir.
2. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 9, maddə 1209 (Cild I); 2024, № 3, maddə 308, № 6 (II kitab), maddə 732, № 9, maddə 1103, № 12 (II kitab), maddə 1450; 2025, № 3, maddə 295, № 6, maddə 600, № 9, maddə 875, № 12 (II kitab), maddə 1252; 2026, № 3, maddə 282) 1.1.1-ci yarımbəndinə “daşımaları” sözündən sonra “və dəmiryol nəqliyyatı vasitəsilə Azərbaycan Respublikası ilə Gürcüstan arasında sərnişin daşımaları” sözləri əlavə edilsin.
3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti bu Qərardan irəli gələn məsələləri qanunvericiliyin tələblərinə uyğun olaraq həll etsinlər.
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031