Rusiyada "Böyük Opera" müsabiqəsinin final aparıcısı Elçin Azizov olacaq
03-dekabr-2025
Türkan Nəbi
Yazı Ölçüsü:
Tanınmış azərbaycanlı bariton, Rusiya Böyük Teatrının solisti Elçin Azizov dekabrın 13-də yayımlanacaq “Böyük Opera” (6+) televiziya müsabiqəsinin final buraxılışının aparıcılarından biri olacaq.
"PostMedia" xəbər verir ki, o, proqramı TEFI mükafatı laureatı Anastasya Çernobrovinaya birlikdə təqdim edəcək.
"PostMedia" xəbər verir ki, “Böyük Opera”nın səkkizinci mövsümünün finalında dörd ən güclü gənc opera ifaçısı — Aleksey Kursanov (Samara), Diana Belozor (Novosibirsk), Valentina Pravdina və Nikolay Zemlyanskix (Moskva) — yarışacaqlar.
Finalçılar Prezident Administrasiyasının Dövlət Kreml Orkestrinin müşayiəti ilə iki əsər - dünya hitləri və fransız operasından ariyalar - ifa edəcəklər. Buraxılışın sonunda münsiflər heyəti mövsümün qalibini elan edəcək.
Münsiflər arasında opera ulduzları Olqa Peretyatko, Yekaterina Semençuk, Stanislavski və Nemiroviç-Dançenko Teatrının direktoru Andrey Borisov və Böyük Teatrın solisti, Əməkdar artist İqor Qolovatənko yer alıb.