İran hakimiyyəti ölkə daxilində mülki aviasiya uçuşları üçün əvvəllər tətbiq edilmiş bütün məhdudiyyətlərin tamamilə ləğv olunduğunu açıqlayıb.
“PostMedia” xəbər verir ki, İranın Mülki Aviasiya Təşkilatının rəsmi nümayəndəsi Əbuzər Şirudinin sözlərinə görə, təhlükəsiz şəraitin təmin edilməsi və aidiyyəti qurumlarla bütün zəruri tədbirlərin razılaşdırılması nəticəsində uçuş məhdudiyyətləri aradan qaldırılıb.
IRIB agentliyinin yaydığı məlumata əsasən, Şirudi bildirib ki, ölkədə aviasiya əlaqələri yenidən normal iş rejiminə qayıdır və uçuşlar bundan sonra cədvələ uyğun həyata keçiriləcək.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
