6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İnfrastruktur

İran bütün uçuşları ləğv edib

08-iyun-2026
İran bütün uçuşları ləğv edib
Yazı Ölçüsü:

İran ölkə üzrə bütün aviareysləri müvəqqəti olaraq dayandırıb və xüsusi göstəriş verilənədək hava məkanını tam bağlayıb.

"PostMedia" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, İran Mülki Aviasiya Təşkilatı ölkənin qərb hissəsinin hava məkanının bağlanması barədə rəsmi NOTAM xəbərdarlığı yayıb.

Bundan sonra ölkə üzrə bütün hava limanlarında uçuşlar ləğv edilib və növbəti göstərişlərə qədər həyata keçirilməyəcək.

Qərar hava təhlükəsizliyi ilə bağlı vəziyyətin gərginləşməsi fonunda qəbul edilib və aviasiya hərəkətinin tam dayandırılması kimi qiymətləndirilir.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930