6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İdman

"McLaren" 60 il əvvəlki layihəni gerçəkləşdirdi: əfsanəvi M6GT təqdim olundu

20-iyul-2026, 05:28
"McLaren" 60 il əvvəlki layihəni gerçəkləşdirdi: əfsanəvi M6GT təqdim olundu
Yazı Ölçüsü:

"McLaren Automotive"in tərkibində fəaliyyət göstərən "McLaren Special Operations" (MSO) bölməsi 60 il əvvəl hazırlanmış orijinal çertyojlar əsasında "M6GT" adlı mərkəzi mühərrikli idman kupe hazırlayıb.
"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, avtomobil 1968-ci ildə keçirilən "Le Mans 24 saat" yarışının 4-cü qrup reqlamentinə uyğun olaraq hazırlanıb. Layihə vaxtilə məşhur britaniyalı pilot və konstruktor Brüs Maklaren tərəfindən irəli sürülsə də, o, sonradan diqqətini "Can-Am" seriyasına və "Formula 1"ə yönəltdiyi üçün avtomobil heç vaxt yarışa çıxmayıb.
Həmin dövrdə hazırlanmış iki "M6GT" prototipi sonradan kiçik dəyişikliklərlə yol avtomobilinə çevrilmiş, onlardan biri isə Brüs Maklarenin şəxsi avtomobili kimi istifadə edilmişdi.
MSO mütəxəssisləri yeni M6GT-ni mümkün qədər orijinala uyğun şəkildə bərpa ediblər. Avtomobilin əsasında "McLaren M6B" yarış prototiplərindən birinin orijinal şassisi istifadə olunub, asqının bir sıra hissələri isə bərpa edilərək yenidən quraşdırılıb.
Fiberglas kuzov saxlanılmış çertyojlar və arxiv fotoları əsasında əl işi ilə hazırlanıb. Avtomobil dönmə siqnalları və şüşəsilən də daxil olmaqla tam işıqlandırma sistemi ilə təchiz edilsə də, 1960-cı illərdə məcburi olmadığı üçün arxa görünüş güzgüləri quraşdırılmayıb.
Model 1967-ci il "Chevrolet Camaro Z/28" avtomobilindən götürülmüş 4,9 litrlik V8 mühərriklə təchiz edilib. Salonun döşəməsi 1970-ci illərə aid yaşıl xalça ilə örtülüb, mərkəzi konsol vinillə işlənib, sürətlər qutusunun qolu isə qoz ağacından hazırlanıb.
Əfsanəvi "M6GT" bu ay Böyük Britaniyada keçiriləcək "Goodwood" Sürət Festivalında ictimaiyyətə təqdim olunacaq.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031