N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Qətl

Moskvada motoskletçinin qətlinə görə Şahin Abbasov 17 il həbs cəzası aldı

06-noyabr-2025
Admin
Moskvada motoskletçinin qətlinə görə Şahin Abbasov 17 il həbs cəzası aldı
Yazı Ölçüsü:
Moskva şəhər məhkəməsi Azərbaycan vətəndaşı Şahin Abbasovu motoskleçi Kirill Kovalyovu qətlə yetirdiyinə görə 17 il ciddi rejimli koloniyada cəza çəkməyə məhkum edib.
"PostMedia" xəbər verir ki, hadisə 2024-cü ilin 17 aprelində baş verib. 21 yaşlı Şahin Abbasov avtomobilini binanın qarşısındakı səkidə saxlayıb. Bu zaman 24 yaşlı Moskva sakini Kirill Kovalyov ona irad bildirib. Mübahisə zamanı Abbasov Kovalyovu döyüb və sonra bıçaqla qarın nahiyəsindən vuraraq hadisə yerindən qaçıb.
Abbasov və qohumları Rostov vilayətinə qaçaraq tanışlarının evində gizlənməyə çalışıblar, lakin yerli polis tərəfindən saxlanılıblar.
Məhkəmənin qərarına əsasən, Abbasovun qardaşı Şöhrət 12 il, İsaxan Abbasov isə 6 il müddətinə azadlıqdan məhrum edilib. Ataları Nizami Abbasov isə təqsirsiz bilinərək məhkəmə zalından azad edilib.
Qeyd edək ki, bu hadisə ilə bağlı daha əvvəl Rusiya yol polisi əməkdaşı Dmitri Bovtunov da məsuliyyətə cəlb olunub. O, Şahin Abbasovu 30 min rubl rüşvət müqabilində buraxdığına görə 3,5 il həbs cəzası alıb.
Bundan başqa, öldürülən baykerin valideynləri Abbasovlar ailəsindən 100 milyon rubl məbləğində təzminat alıb.
Kateqoriyalar