Rusiyalı kinorejissor və operator Sergey Politik Moskvada evinin yaxınlığında naməlum şəxs tərəfindən hücuma məruz qaldıqdan sonra xəstəxanada dünyasını dəyişib.
"PostMedia" xəbər veri ki, bu barədə onun dostlarından biri “Аргументы и факты” qəzetinə bildirib.
ilkin məlumata görə, Sergey siqaret çəkmək üçün çölə çıxıb və yoldan keçən bir nəfərə irad bildirib, bundan sonra isə sinəsindən bıçaq zərbəsi alıb.
Hadisə oktyabrın 18-i axşam baş verib. Cinayəti törədən şəxs hadisə yerindən qaçıb, onun axtarışları davam edir. İstintaq Komitəsi Rusiya Cinayət Məcəlləsinin 111.4-cü maddəsi (“Sağlamlığa qəsdən ağır zərər vurma, zərərçəkənin ölümünə səbəb olma”) üzrə cinayət işi açıb.
İstintaqın versiyasına görə, şübhəli şəxs Moskvanın Stalevarov küçəsindəki yaşayış binasının qarşısında məişət zəminində yaranan münaqişə zamanı əvvəllər tanımadığı kişiyə bıçaqla bir neçə zərbə endirib, daha sonra hadisə yerindən qaçıb.
“Baza” teleqram kanalının məlumatına əsasən, hücum edən 33 yaşlı Ermənistan vətəndaşı olub və hadisə zamanı həyətin ərazisində özünü qeyri-adekvat aparıb. Həmin şəxsin Armen Sarkisyan sarkisyan olduğu müəyyən edilib.
"112" teleqram kanalı isə rejissorun mübahisə etdiyi və oöldürüldüyü görüntülərini yayıb. Belə ki, Sergey Politikin qətli şəhər kameralarına düşüb.
Kadrlarda iki nəfərin mübahisə etdiyi, bundan sonra Sergey Politikin Armen Sarkisyanın üzünə qaz balonundan sprey sıxdığı görünür.
Armen əvvəlcə Sergeyi yerə yıxıb, sonra isə onu sinəsindən bıçaqlayaraq öldürüb. Hadisədən sonra kişi qaçaraq gizlənib. Onun axtarışları davam edir.
Sergey Politik “Qapalı məktəb” və “Mələk, yoxsa şeytan” seriallarının, həmçinin “Ev ruhu”, “Minervanın qalxanı”, “Gecə danışılan nağıl” və “Səkkizinci sahə” filmlərinin operatoru kimi çalışıb.