Ermənistanda Ruben Vardaryanın tərəfdarı qətlə yetirilib
24-sentyabr-2025
Türkan Nəbi
Yazı Ölçüsü:
Azərbaycanda həbsdə olan sabiq separatçı Ruben Vardanyanın rəhbəri olduğu partiyanın üzvü Ermənistanda qətlə yetirilib.
"PostMedia" xəbər verir ki, qətlə yetirilən şəxs Ermənistanda müxalifət icmasının rəhbəri olub.
İrəvan yaxınlığındakı "Parakar" icmasının rəhbəri, müxalif “Aprelu Yerkr” partiyasının üzvü Volodya Qriqoryan evinin yanında güllələnərək öldürülüb.
Onun dostu – kriminal polis əməkdaşı da hadisə zamanı həlak olub. Hadisə nəticəsində daha bir nəfər yaralanıb. Ermənistan DİN-in məlumatına görə, cinayəti törədən şəxs hadisə yerindən qaçıb.
Qriqoryan cari ilin martında keçirilən seçkilərdə Nikol Paşinyanın partiya namizədini məğlub edərək "Parakar" icmasının başçısı seçilib. O, hazırda Azərbaycanda həbsdə olan separatçı nazir Ruben Vardanyanın rəhbərlik etdiyi “Aprelu Yerkr” partiyasının üzvü idi.