ABŞ federal hakimi bazar ertəsi ABŞ Prezidenti Donald Trampın yüksək ixtisaslı xarici mütəxəssislər üçün nəzərdə tutulan yeni "H-1B" iş vizalarının alınmasına tətbiq etdiyi 100 min dollarlıq rüsumu qanunsuz hesab edərək ləğv edib.
"PostMedia" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Boston dairə məhkəməsinin hakimi Leo Sorokin bu qərarı Demokratlar Partiyasını təmsil edən 20 ştatın baş prokurorlarının qaldırdığı iddia əsasında qəbul edib. Onlar məhkəmə iddiasında Trampın ötən ilin sentyabrında elan etdiyi əlavə rüsumu mübahisələndirmişdilər. Həmin rüsum "H-1B" kateqoriyalı vizaların rəsmiləşdirilməsi prosesinin görünməmiş dərəcədə bahalaşmasına səbəb olmuşdu.
Donald Trampın 2025-ci ilin sentyabrında irəli sürdüyü təşəbbüs faktiki olaraq ABŞ-nin orta və kiçik bizneslərinin xarici İT mütəxəssislərini, alimləri və mühəndisləri işə götürməsini əngəlləmişdi.
Həmin fərmandan əvvəl işəgötürən üçün "H-1B" vizasının rəsmiləşdirilməsinin ümumi dəyəri 2 min dollardan 5 min dollara qədər dəyişirdi. 100 min dollarlıq rüsumun tətbiqi "Ağ Ev" tərəfindən amerikalıların iş yerlərini “ucuz xarici işçi qüvvəsindən” qorumaq tədbiri kimi təqdim edilsə də, məhkəmə bunu icra hakimiyyətinin səlahiyyətlərindən sui-istifadə kimi qiymətləndirib.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
