6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Əməliyyat-axtarış

Dövlət agentliyi “Azərişıq” barəsində iş qaldırdı

03-aprel-2026
Dövlət agentliyi “Azərişıq” barəsində iş qaldırdı
Yazı Ölçüsü:
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (AİBNDA) “Azərişıq” ASC barəsində rəqabət qanunvericiliyinin pozulması əlamətləri aşkarlayıb.
“PostMedia” xəbər verir ki, , araşdırma vətəndaş müraciətləri əsasında həyata keçirilib.
Yoxlama zamanı istehlakçıların elektrik enerjisi üzrə borcları hesablandıqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq müddət gözlənilmədən enerji təchizatının dayandırılması halları araşdırılıb.
Aparılan araşdırmanın yekununda qeyd olunan halların rəqabət qanunvericiliyinin tələblərinə uyğun olmadığına dair əlamətlər aşkar edildiyi bildirilib.
Rəqabət qanunvericiliyinin pozulması halları və əlamətləri müəyyən edildiyi üçün təbii inhisar subyekti olan “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti barəsində iş qaldırılıb.
Qeyd edək ki Dövlət Agentliyi daha iki fakt üzrə “Azərişıq”la bağlı araşdırma aparır.
Müəllif
Tural
Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930