6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Rusiya baş nazirinin müavini: Ermənistanı Rusiyaya qarşı düşmən alyansa qoşulmağa hazırlayırlar

02-aprel-2026
Rusiya baş nazirinin müavini: Ermənistanı Rusiyaya qarşı düşmən alyansa qoşulmağa hazırlayırlar
Yazı Ölçüsü:
Moskva hesab edir ki, Ermənistan Avropa ittifaqına (Aİ) üzvlüyə hazırlanır və bu qurum artıq Rusiya üçün düşmən alyansa çevrilib.
"PostMedia" xəbər verir ki, bu barədə TASS agentliyinə müsahibəsində Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk bildirib.
Onun sözlərinə görə, bu ssenarinin həyata keçirilməsi ciddi nəticələrə gətirib çıxara bilər.
Overçuk qeyd edib ki, Ermənistanla Rusiya arasında dəmir yolu konsessiyası ilə bağlı son vaxtlar yaranan gərginliklər də rəsmi İrəvanın Avropa İttifaqı ilə yaxınlaşma siyasətinin məntiqinə uyğundur.
“Rusiya ilə dəmir yolu konsessiyası ətrafında baş verən qəfil dəyişikliklər Ermənistan rəhbərliyinin Aİ ilə yaxınlaşma siyasətinin məntiqinə uyğun gəlir. Bu qurum iqtisadi tənəzzül yaşayır və Rusiyaya qarşı düşmən hərbi-siyasi alyansa çevrilir”, – deyə Overçuk bildirib.
Rusiya baş nazirinin müavini vurğulayıb ki, ermənilərin Rusiyaya qarşı düşmən alyansın bir hissəsi olmaq istəyib-istəməməsi onların öz seçimidir.
“Bizim üçün aydındır ki, onları belə bir addıma hazırlayırlar. Bu cür inkişafın uzunmüddətli və ağır nəticələri də eyni dərəcədə aydındır”, – deyə Overçuk əlavə edib.
Müəllif
Tural
Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930