6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Qətl

ABŞ-də 6 yaşlı şagirdin müəlliməni güllələdiyi məktəbin keçmiş direktor müavininə qarşı işə xitam verilib

21-may-2026
ABŞ-də 6 yaşlı şagirdin müəlliməni güllələdiyi məktəbin keçmiş direktor müavininə qarşı işə xitam verilib
Yazı Ölçüsü:

ABŞ-nin Virciniya ştatında məhkəmə dərs zamanı 6 yaşlı oğlanın müəlliməsinə atəş açdığı məktəbin keçmiş direktor müavini barəsində cinayət işinə xitam verib.

"PostMedia" xəbər verir ki, bu barədə "BBC News" məlumat yayıb.

Eboni Parker uşaqlara qarşı amansız rəftar maddəsi ilə ittiham olunurdu. İddia edilirdi ki, o, rəhbərlik etdiyi ibtidai məktəbin birinci sinif şagirdlərindən birinin üzərində silah olması barədə xəbərdarlıqlara məhəl qoymayıb.

Onun müdafiə tərəfi bildirirdi ki, ittiham ştat qanunvericiliyinin tələblərinə uyğun deyil. Dairə məhkəməsinin hakimi Rebekka Robinson da bununla razılaşıb və həyata qarşı səhlənkar münasibət də daxil olmaqla bütün səkkiz ittiham maddəsini ləğv edib.

Hakim ittihamları geri götürdükdən sonra Parker başını masanın üstünə qoyaraq ağlayıb.

2023-cü ilin yanvarında uşaq müəllimə Ebiqeyl Zvernerə bir dəfə atəş açmışdı. Güllə onun əlindən keçərək döş qəfəsinə dəymişdi və müəllimə əməliyyat olunmuşdu.

Uşağın anası, 26 yaşlı Deiya Teylor isə hücum zamanı istifadə olunan silahla əlaqəli narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs cəzası çəkib.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031