ABŞ-nin Ermənistandakı Səfirliyi ermənilərə yenidən xəbərdarlıq edib.
"PostMedia" xəbər verir ki, bu barədə məlumat Səfirliyin sosial şəbəkə hesablarında qeyd edilib.
"ABŞ-də hücum, oğurluq və ya qarət kimi cinayətlər törətmək yalnız hüquqi problemlərə səbəb olmur - bu, vizanızın ləğv olunmasına və gələcəkdə ABŞ vizası almaq imkanından məhrum olmağınıza da gətirib çıxara bilər.
Birləşmiş Ştatlar qanun və ictimai qaydaya böyük önəm verir və xarici ziyarətçilərdən də ölkənin bütün qanunlarına riayət etmələri tələb olunur"-deyə xəbərdarlıqda bildirilir.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
