6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Daxili xəbərlər

Renewables.az portalının 5 yaşı tamam olur

02-aprel-2026
Renewables.az portalının 5 yaşı tamam olur
Yazı Ölçüsü:
Renewables.az bərpa olunan enerji portalı 2 aprel 2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin 230 MVt gücündə günəş elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında Sərəncamı ilə bağlı xəbəri dərc edərək fəaliyyətə başlayıb.
Saytın əsas məqsədi ölkədə, regionda və dünyada bərpa olunan enerji sektoru üzrə baş verən ən mühüm hadisələri oxuculara çatdırmaq, eyni zamanda ölkəmizdə bu sahənin inkişafına töhfə verməkdir. Tərəfsiz informasiya xidməti təqdim edən portal nüfuzlu media qurumlarının istinad etdiyi mənbələr arasında yer alır.
2024-cü ildə Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində yaşıl enerji gündəliyinin beynəlxalq səviyyədə təşviqi məqsədilə portalın ingilisdilli versiyası istifadəyə verilib.
Xəbər saytı qısa müddətdə etibarlı informasiya mənbələrindən birinə çevrilib. Bunun nəticəsi olaraq, sayt və sosial şəbəkə səhifələri artıq dünyanın 50-dən çox ölkəsində izlənilir.
Renewables.az fəaliyyəti dövründə dünyanın 26 ölkəsində keçirilmiş 80-dən çox beynəlxalq tədbirdə media tərəfdaşı qismində iştirak edərək informasiya dəstəyi göstərib.
Oxucularımıza göstərdikləri etimad və dəstəyə görə dərin təşəkkürümüzü bildiririk.
Müəllif
Kamal
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031