6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Paşinyan: Qarabağı Ermənistana qaytarmaq hərəkatı davam edə bilməz

01-aprel-2026
Paşinyan: Qarabağı Ermənistana qaytarmaq hərəkatı davam edə bilməz
Yazı Ölçüsü:

Qarabağı Ermənistana qaytarmaq hərəkatı artıq davam edə bilməz.

”PostMedia” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 1-də Rusiya prezidenti Vladimir Putin ilə görüşü zamanı bildirib.

“Dağlıq Qarabağla bağlı məsələlərə gəldikdə isə, mən artıq Ermənistan Respublikasında çox açıq və ictimai şəkildə bəyan etmişəm ki, biz Qarabağ hərəkatını davam etdirməməliyik, çünki Ermənistan və Azərbaycan arasında artıq sülh bərqərar olub”, – deyə o qeyd edib.

Paşinyan xatırladıb ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü, siyasi müstəqilliyini və suverenliyini Alma-Ata deklorasiyası əsasında tanıyıblar.

Onun sözlərinə görə, tərəflər qarşılıqlı şəkildə qəbul edirlər ki, müstəqil Ermənistan 100 faiz Sovet Ermənistanının sərhədləri ilə eynidir, müstəqil Azərbaycan isə Sovet Azərbaycanının sərhədlərinə uyğundur.

Paşinyan əlavə edib ki, bu vəziyyət regionda sülhün daha da inkişafı üçün möhkəm əsas yaradır.

Müəllif
Tural
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031