İranda başlanan müharibə nəticəsində yaranan enerji böhranı Avropa İttifaqına (Aİ) əlavə 16 milyard dollar başa gəlib.
"PostMedia" xəbər verir ki, bunu Aİ-nin enerji üzrə komissarı Dan Yorqensen "The Wall Street Journal"a açıqlayıb.
Münaqişənin başlanmasından bəri Aİ-də təbii qazın qiyməti təxminən 70%, neftin qiyməti isə təxminən 60% artıb.
Yorqensen bildirib ki, Aİ xüsusi tədbirlər paketi hazırlayır ki, bu da üzv ölkələrin hökumətlərinə vətəndaşları və biznesi qiymət artımlarından qorumağa kömək edəcək.
O əlavə edib ki, xərclər daha da arta bilər: "Enerji bazarına bu böhranın təsirlərinin qısa müddət davam edəcəyinə dair heç bir illüziya olmamalıdır".
