İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qeşm adası yaxınlığında düşmən qırıcısının vurulduğunu açıqlayıb.
"PostMedia" xəbər verir ki, bu barədə "Pars Today" məlumat yayıb.
SEPAH-ın bəyanatına görə, “SEPAH-ın hava hücumundan müdafiə sistemlərinin tam məhv edildiyi barədə ABŞ prezidentinin yalan iddialarına cavab olaraq” bir neçə dəqiqə əvvəl Qeşm adasının cənub hissəsində SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin yeni qabaqcıl HHM sistemi və ölkənin vahid hava müdafiə şəbəkəsinin nəzarəti altında düşmənə məxsus müasir qırıcı vurulub.
Bildirilir ki, vurulduqdan sonra təyyarə Henqam adası ilə Qeşm adası arasında düşərək "Fars körfəzi"nin dərin sularında batıb.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
