Regionda müharibənin əsas günahkarı İsrail hökumətidir.
"PostMedia" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrana qarşı həyata keçirilən hərbi əməliyyatları şərh edərkən bildirib.
“Bu qanunsuz müharibə təkcə regionumuzu viranəyə çevirməyib, həm də bütün bəşəriyyət üçün ağır iqtisadi yükə çevrilib. Bunun yeganə günahkarı münaqişələr, xaos və böhranlar içində boğulan İsrail hökumətidir”, – deyə Ərdoğan bildirib.
Onun sözlərinə görə, “müharibə zamanı tökülən hər bir damla qan Benyamin Netanyahunun siyasi mövcudluğunu uzatmaq üçün xilasedici vasitəyə çevrilir”.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
