6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

"MQ-9 Reaper" tipli daha iki Amerika pilotsuz uçuş aparatı vurulub – CBS

01-aprel-2026
"MQ-9 Reaper" tipli daha iki Amerika pilotsuz uçuş aparatı vurulub – CBS
Yazı Ölçüsü:

İranın silahlı qüvvələri ABŞ-yə məxsus daha iki ədəd "MQ-9 Reaper" ağır kəşfiyyat və zərbə pilotsuz uçuş aparatını vurub.

"PostMedia" xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.

Məlumata görə, adları açıqlanmayan iki amerikalı rəsmi bildirib ki, pilotsuz aparatların məhv edilməsi Isfahan yaxınlığında baş verib.

Bununla da İrana qarşı hazırkı hərbi kampaniya zamanı ABŞ-ın itirdiyi "MQ-9 Reaper" PUA-larının ümumi sayı 16-ya çatıb.

Qeyd edilir ki, belə bir pilotsuz aparatın orta dəyəri təxminən 34 milyon dollar təşkil edir.

Müəllif
Tural
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031