Londonun “InterContinental Exchange” (ICE) birjasında keçirilən hərrac zamanı “Brent” markalı neftin iyun fyuçersləri üzrə 1 bareli 101,16 ABŞ dollarına təklif edilib.
“PostMedia” xəbər verir ki, bu, bu, əvvəlki günün qiyməti ilə müqayisədə 8,08 dollar və ya təxminən 7,98% bahalaşma deməkdir.
Eyni zamanda, Nyu Yorkun “Nymex” birjasında satılan WTI (Qərbi Texas) markalı xam neftin bir barelinin qiyməti 111,54 ABŞ dolları olub.
Bu da əvvəlki günlə müqayisədə 11,42 dollar və ya təxminən 11,40% artım deməkdir.