6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

Qazaxıstan və Azərbaycan Orta Dəhliz üzrə saziş imzalamağı planlaşdırır

02-aprel-2026
Qazaxıstan və Azərbaycan Orta Dəhliz üzrə saziş imzalamağı planlaşdırır
Yazı Ölçüsü:
Qazaxıstan və Azərbaycanın hakimiyyət orqanları 2026-cı ildə Orta Dəhlizin mövqeyini gücləndirməyə yönəlmiş saziş imzalamağı planlaşdırır.
"PostMedia" xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti Türk Dövlətləri Təşkilatı üzv ölkələrinin Bakıda keçirilən baş nazirlər görüşünün yekunlarına əsasən yaydığı məlumatda bildirilib.
Məlumata görə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin irəli sürdüyü Türk Dövlətləri Təşkilatının rəqəmsal monitorinq mərkəzi layihəsi marşrutun inkişafına əlavə təkan verə bilər. Bu istiqamətdə xüsusi işçi qrupunun yaradılması təklif olunub.
Bektenov həmçinin təşkilatın iqtisadi əməkdaşlığın gücləndirilməsində və birgə fəaliyyətlərin koordinasiyasında artan rolunu vurğulayıb. O qeyd edib ki, Qazaxıstan türk inteqrasiyasını uzunmüddətli və iqtisadi yönümlü bir proses kimi qiymətləndirir.
2025-ci ilin nəticələrinə əsasən, Qazaxıstanın təşkilata üzv ölkələrlə qarşılıqlı ticarət dövriyyəsi 12,9 milyard dollar təşkil edib. Astana investisiya və ticarət-iqtisadi əlaqələrin daha da dərinləşdirilməsində maraqlıdır.
Bundan əlavə, Qazaxıstan biznes üçün rəqəmsal mühitin formalaşdırılması məqsədilə yaxın vaxtlarda rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq sazişinin (DEPA) ratifikasiyasını başa çatdırmağı planlaşdırır. Sahibkarlığın dəstəklənməsi üçün isə Türküstan şəhərində “Turan” adlı xüsusi iqtisadi zona yaradılıb. Qazaxıstan bu zonada yeni birgə istehsal müəssisələrinin yerləşdirilməsinə və texnoloji klasterlərin inkişafına hazır olduğunu bildirib.
Müəllif
Arifə
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031