Paşinyan Yerevanda Azərbaycanın tarixi abidəsinin restavrasiyadan sonra açılışını edib
17-noyabr-2025
Türkan Nəbi
Yazı Ölçüsü:
Yerevan şəhərinin Mərkəz inzibati rayonunda yerləşən "Qırmızı Körpü" abidəsi restavrasiya, təmir və bərpa işlərindən sonra ictimaiyyət üçün açılıb.
"PostMedia" Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, açılış mərasimində Ermənistanın baş naziri Nikol Paşinyan, baş nazirin administrasiyasının rəhbəri Arayik Harutyunyan, Mədəniyyət, Gənclər və İdman naziri Zhanna Andreasian, Yerevan şəhər bələdiyyə başçısı Tigran Avinyan, Avropa İttifaqının Ermənistandakı səfiri Vasilis Maragos, habelə nazir müavinləri Alfred Koçaryan və Daniel Danielyan iştirak ediblər.
Tədbir zamanı Jam session formatında konsert də təşkil edilib.
Qırmızı Körpü abidəsinin bərpası 2022-ci ildə Ermənistan Mədəniyyət, Gənclər və İdman Nazirliyi ilə xeyriyyəçi arasında imzalanmış əməkdaşlıq memorandumunun çərçivəsində həyata keçirilib. Abidə 2024–2025-ci illərdə xeyriyyəçi Yuri Afrikyanın maliyyəsi ilə bərpa olunub, bütün tarixi qatlar qorunub saxlanılıb.
Körpü tarixi əhəmiyyətli abidə hesab olunur "Zəngi çayı" (Ermənilər Hrazdan çayı adlandırır) üzərində yerləşir. Yerevanda qorunmuş ən qədim körpüdür və orta əsr Ermənistanının ən böyük mühəndislik qurğularından biri sayılır. Körpünün hündürlüyü 11 m, uzunluğu 80 m, eni 6,5 m-dir.
Zəngi dərəsinin sahillərini birləşdirən körpü 1679-cu ildə inşa edilib.