6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Rusiyada yaşayan həmyerlilərimizin diqqətinə: Bu sənədlər ləğv edilir

17-mart-2026
Rusiyada yaşayan həmyerlilərimizin diqqətinə: Bu sənədlər ləğv edilir
Yazı Ölçüsü:

Rusiya Daxili İşlər Nazirliyi əcnəbi vətəndaşlar üçün miqrasiya kartlarının istifadəsindən imtina etməyi təklif edib.

"PostMedia" xəbər veirr ki, müvafiq qanun layihəsi normativ hüquqi aktların layihələri portalında yerləşdirilib.

Nazirlikdə bildirilib ki, miqrasiya kartları əvvəllər ölkədə əcnəbilərin müvəqqəti qalmasına nəzarət üçün istifadə olunurdu, lakin hazırda bu funksiyaları digər mexanizmlər yerinə yetirir.

Alternativ vasitələr kimi 2024-cü ildə başlanan biometrik məlumatların toplanması eksperimenti, səfərdən 72 saat əvvəl “RuID platforması” vasitəsilə giriş müraciətinin edilməsi, nəzarət olunan şəxslərin reyestrinin yaradılması və “Rəqəmsal xarici vətəndaş profili” sisteminin hazırlanması göstərilib.

Nazirlik vurğulayıb ki, bu addım müxtəlif qurumlar arasında funksiyaların təkrarlanmasının qarşısını alacaq və nəzarətin səmərəliliyini artıracaq.

Bundan əlavə, təşəbbüsün həyata keçirilməsi büdcə xərclərinin azalmasına da səbəb olacaq. Hesablamalara görə, miqrasiya kartlarının çapına çəkilən illik xərclər təxminən 13,8 milyon rubl azalacaq.

Nazirliyin rəsmi nümayəndəsi İrina Volk qeyd edib ki, dəyişikliklər Rusiyada əcnəbilərin qalmasına nəzarət sisteminin optimallaşdırılmasına yönəlib.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930