6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

Hörmüz boğazının bağlanması qlobal ticarətin artımını üç dəfə azalda bilər – BMT

01-aprel-2026
Hörmüz boğazının bağlanması qlobal ticarətin artımını üç dəfə azalda bilər – BMT
Yazı Ölçüsü:

Hörmüz boğazında gəmiçiliyin pozulması səbəbindən 2026-cı ildə qlobal ticarətin artımı 2025-ci ildəki 4,7%-dən 1,5–2,5%-ə qədər yavaşlaya bilər.

"PostMedia" xəbər verir ki, bu barədə BMT-nin Ticarət və İnkişaf Konfransının dəniz dəhlizinin blokadaya alınmasının təsiri ilə bağlı hesabatında bildirilir.

Təşkilatın ekspertlərinin fikrincə, boğazın fəaliyyətində yaranacaq pozuntu qlobal ticarət üçün ciddi şok olacaq. Onların proqnozuna görə, qlobal mal ticarətinin artımı 2025-ci ildə təxminən 4,7% olsa da, qlobal tələbatın zəifləməsi və qeyri-müəyyənliyin artması fonunda 2026-cı ildə 1,5–2,5%-ə qədər enə bilər.

İqtisadçılar həmçinin qeyd edirlər ki, əgər münaqişənin gərginliyi daha da artmasa belə, qlobal iqtisadi artımın 2025-ci ildəki 2,9%-dən 2026-cı ildə təxminən 2,6%-ə qədər zəifləməsi ehtimal olunur.

Müəllif
Tural
Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930