6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Mariya Zaxarova Azərbaycana İrana humanitar yardımın çatdırılmasına görə təşəkkür edib

01-aprel-2026
Mariya Zaxarova Azərbaycana İrana humanitar yardımın çatdırılmasına görə təşəkkür edib
Yazı Ölçüsü:

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan hakimiyyətinə İrana humanitar yardımın çatdırılmasında göstərdiyi dəstəyə görə təşəkkür edib.

"PostMedia" xəbər verir ki, bunu o, aprelin 1-də keçirilən brifinq zamanı səsləndirib.

O, bildirib ki, Rusiya ABŞ və İsrailin hücumuna məruz qalan İrana dəstək göstərməyə davam edir.

Zaxarovanın sözlərinə görə, ötən ayın sonunda İran–Azərbaycan sərhədində, Bakının dəstəyi ilə qatarla gətirilən dərman preparatlarının növbəti partiyası təhvil verilib. Həmin partiyaya 300 mindən çox dərman vahidi daxil olub.

Bir qədər sonra isə Dağıstandan təxminən 150 ton humanitar yardım Astaraya çatdırılıb.

Müəllif
Tural
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031