Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən "Azərbaycan Alüminiumu" ASC-nin ləğv edilməsi nəzərdə tutulur.
“PostMedia”nın əldə etdiyi məlumata görə, adıçəkilən müəssisənin hazırda dövlət büdcəsinə 8 420 471,55 manat vergi borcu var.
Xatırladaq ki, 18 163 999 manat nizamnamə kapitalına malik qurumun qanuni təmsilçisi Hüseynəliyev Rofət Nofəl oğludur.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
